Ronaldo Georginadan ayrılır - çox pul xərclədiyi üçün
26.04.2023 - 17:10
Ronaldo Georginadan ayrılır - çox pul xərclədiyi üçün

Portuqaliyalı superulduz Kriştiano Ronaldonun şəxsi həyatında problem yaranıb. 

Apasport.az saytı yerli mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Nəssr” klubunun futbolçusu 8 ildir birlikdə yaşadığı sevgilisi Georgina Rodriqesdən ayrılacaq.

Ronaldonun ispaniyalı modelin tez-tez alış-veriş mərkəzlərinə getməsindən və bahalı əşyalara çox pul xərcləməsindən şikayətçi olduğu iddia edilir. Ayrılıq reallaşarsa, forvardın 29 yaşlı Georginaya 350 milyon avro ödəyəcəyi bildirilir. 

Qeyd edək ki, cütlüyün Alana və Bella adlı 2 qız övladı var. 

writer photo
Əlirza Əlirzalı
0