“Sabah”ın yay hazırlıq planı bəlli olub
16.06.2024 - 20:31
“Sabah”ın yay hazırlıq planı bəlli olub

“Sabah”ın yay hazırlıq planı bəlli olub.

Apasport.az xəbər verir ki, Bakı təmsilçisi növbəti mövsümün hazırlıqlarına iyunun 20-də Masazırda, “Bank Respublika Arena”da başlayacaq.

İyunun 24-dən 29-dək Qəbələdə hazırlıq keçəcək “Sabah”, iyulun 1-də təlim-məşq toplanışın ikinci mərhələsi üçün Sloveniyaya yollanacaq. Çatej-ob-Savi qəsəbəsində məskunlaşacaq komanda 4 yoxlama oyunu keçirəcək. Premyer Liqanın bürünc medalçısı iyulun 6-da Sloveniyanın “Koper”, 10-da Serbiyanın “Çukariçki”, 13-də Ukraynanın “Krivbass”, 17-də isə bu ölkənin “Rux” (Lvov) klubu ilə qarşılaşacaq. “Sabah” iyulun 18-də Bakıya qayıdacaq.

Qeyd edək ki, ölkəmizi UEFA Konfrans Liqasında təmsil edəcək “Sabah” mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq. Komanda Konfrans Liqasında oyunlarını iyulun 25-də və avqustun 1-də keçirəcək.

writer photo
Əlirza Əlirzalı
0