“Arsenal” ona elçi düşdü
08.06.2023 - 19:48
İngiltərə “Arsenal”ı heyəti gücləndirməyə hazırlaşır.
Apasport.az saytı xəbər verir ki, London təmsilçisi "Vest Hem"in yarımmüdafiəçisi Deklan Raysa elçi düşüb.
“Topçular” 24 yaşlı oyunçunun transferi üçün qarşı tərəfə 105 milyon avro təklif edəcək.
“Mançester Yunayted” və “Bavariya”nın da hədəfində olan “Vest Hem”in kapitanının londonlulara keçmək istədiyi bildirilir.
Qeyd edək ki, “çəkicdöyənlər”in öz yetirməsi olan Rays 2017-ci ildən əsas komandanın şərəfini qoruyur.
0
0