“Çelsi” – “Lester”: Mövsümü başa vuranlar, qeyri-müəyyənlər...
19.05.2022 - 16:01
“Çelsi” – “Lester”: Mövsümü başa vuranlar, qeyri-müəyyənlər...

İngiltərə Premyer Liqasının XXVII turundan təxirə salınan oyunda “Lester”lə qarşılaşacaq “Çelsi” qələbə təqdirində bürünc mükafatı təmin edəcək.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi “Stemford Bric”dəki matça itkilərlə çıxacaq.

Müdafiəçi Benjamin Kiluell və yarımmüdafiəçi Kallum Hadson-Odoi nə bu gün, nə də son tur oyununda məşqçilər korpusunun sərəncamında ola biləcək. Timo Verner zədədən sonra məşqlərə yeni başladığından, hücumçunun da iştirakı gözlənilmir. Müdafiəçi Andreas Kristensen və yarımmüdafiəçilər Kay Havertslə Mateo Kovaçiçin durumu isə qeyri-müəyyəndir.

“Lester”də isə müdafiəçi Rayan Bertrand, həmçinin yarımmüdafiəçilər Hamza Çoduri və Vilfred Ndidi üçün mövsüm çoxdan bitib. Müdafiəçi Rikardo Pereyra ilə yarımmüdafiəçi Yuri Tilemans da zədədən əziyyət çəkdikləri üçün bu gün meydana çıxmaya bilər.

Qeyd edək ki, “Çelsi” – “Lester” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 

writer photo
Əlirza Əlirzalı
0