“Milan”da 5 illik müqavilə
22.07.2023 - 12:52
“Milan”da 5 illik müqavilə

“Zalsburq”un futbolçusu Noa Okafor karyerasını İtaliyada davam etdirəcək. 

Apasport.az saytının məlumatına görə, İsveçrə millisinin hücumçusu “Milan”a keçəcək.

23 yaşlı futbolçu tibbi müayinədən keçmək üçün eyniadlı şəhərdədir. O, 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Okafor ildə 2 milyon avro maaş alacaq.
 

writer photo
Əlirza Əlirzalı
0