Qonsalu Ramuş: "Ronaldo hamı ilə danışdığı kimi mənimlə də danışdı"
07.12.2022 - 02:06
Qonsalu Ramuş: "Ronaldo hamı ilə danışdığı kimi mənimlə də danışdı"

“Növbəti oyunun əvvəlində start heyətdə başlayacağam? Bunlar mənə verilməməli suallardır".

Apasport.az xəbər verir ki, bunu Portuqaliya yığmasının hücumçusu Qonsalu Ramuş deyib.

21 yaşlı hücumçudan Kriştianu Ronaldonun dünya çempionatının 1/8 final mərhələsinin İsveçrə ilə oyununda (6:1) ehtiyatda olmasına necə münasibət bəsləməsi soruşulub:

"Ehtiyatda olmasına necə reaksiya verdi? Hamı ilə danışdığı kimi mənimlə də danışdı. O, kapitandır və həmişə kömək etməyə çalışır. Hər şey çox yaxşı keçdi.

Qeyd edək ki, Portuqaliya millisinə 4 oyuna 4 qol vuran Qonsalu Ramuş Qətərdə keçirilən dünya çempionatında ilk het-trikə imza atıb.

writer photo
Əlirza Əlirzalı
0