Eriksondan bəd xəbər 
11.01.2024 - 15:17
Eriksondan bəd xəbər 

İsveç millisinin keçmiş baş məşqçisi Sven Qoran Eriksona xərçəng diaqnozu qoyulub.

Apasport.az xəbər verir ki, 75 yaşlı mütəxəssis xərçəng xəstəsi olduğunu İsveç radiosuna müsahibəsində deyib.

"Hər kəs vəziyyətimin yaxşı olmadığını anlayır. Bu, xərçəngdir. Onunla mübarizə aparmalıyam. Bəlkə 1 il, bəlkə az, bəlkə də daha çox... Mənfiyə qapılmayın, hadisələrin müsbət tərəflərini görün", - deyə o bildirib.

Qeyd edək ki, Erikson sonuncu dəfə İsveçin 3-cü liqa komandasıda idman direktoru vəzifəsində çalışıb. Səhhətindəki problemlərə görə 2023-cü ilin fevralında vəzifəsindən ayrılıb. 

writer photo
Əlirza Əlirzalı
0