Ronaldo işçi axtarır – 6 min avroya
29.12.2022 - 11:19
Ronaldo işçi axtarır – 6 min avroya

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo işçi axtarır.

Apasport.az xəbər verir ki, superulduzun 11 milyon avroya yeni aldığı villasında çalışmaq üçün qulluqçu, aşpaz və bağbana ehtiyacı duyur. 

Aylıq 6 min avro əməkhaqqı verəcəyini deyən 37 yaşlı futbolçu işləməyə razı olacaq şəxslərlə gizlilik müqaviləsi imzalanacağını deyib.

Qeyd edək ki, Ronaldonun yeni malikanəsi Portuqaliyanın paytaxtı Lissabondan 40 km aralıda yerləşir. 3000 kv m ərazini əhatə edən villada tennis kortları, açıq üzgüçülük hovuzu, idman zalı və 20 avtomobil üçün qapalı qaraj var.
 

writer photo
Əlirza Əlirzalı
0