Ronaldo karyerasını nə vaxt bitirəcək? - baş məşqçi açıqladı
23.07.2022 - 14:33
Ronaldo karyerasını nə vaxt bitirəcək? - baş məşqçi açıqladı

Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş hücumçu Kriştiano Ronaldo haqda fikirlərini bildirib.

Apasport.az saytının məlumatına görə, çalışdırıcı 27 yaşlı superulduzun karyerasını nə vaxt bitirəcəyi ilə bağlı sualı cavablandırıb.

O, buna zamanı gələndə kapitan özü qərar verəcəyini söyləyib: “Ronaldo özü bir an hiss edəcək ki, vəziyyəti əvvəlki kimi deyil. Eyni Ronaldo ola bilməyəcəyini başa düşdükdə karyerasını bitirəcək”.

Qeyd edək ki, ötən mövsüm “Mançester Yunayted”in heyətində 37 oyunda 24 qol vuran Kriştiano Ronaldo klubunu dəyişmək niyyətindədir.

writer photo
Əlirza Əlirzalı
0