Messinin Səudiyyə Ərəbistanı paylaşımı
30.04.2023 - 18:39
Messinin Səudiyyə Ərəbistanı paylaşımı

PSJ-nin hücumçusu Lionel Messi sosial şəbəkə hesablarında Səudiyyə Ərəbistanı ilə bağlı paylaşım edib.

Apasport.az xəbər verir ki, Səudiyyə Ərəbistanından şəkil paylaşan argentinalı futbolçu yazıb: “Kim zənn edirdi ki, Səudiyyə Ərəbistanında bu qədər yaşıllıq var? Fürsət tapanda gözlənilməz möcüzələri kəşf etməyi sevirəm”.

Qeyd edək ki, Lionel Messinin PSJ-dən ayrılacağı gözlənilir. 

writer photo
Əlirza Əlirzalı
0