Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabida keçiriləcək cüdo üzrə dünya çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb.
Apasport.az xəbər verir ki, 100-dən çox ölkədən 700-ə yaxın idmançının iştirak edəcəyi yarışda Azərbaycanın cüdo millisi 8 çəki dərəsində 9 kişi və 2 qadın ilə təmsil olunacaq.
Gültac Məmmədəliyeva və Aydan Vəliyeva (hər ikisi 52 kq) zədəli olduqlarına görə, yığmanın tibbi heyətinin qərarına əsasən turnirə qatılmayacaqlar.
Mundialda cüdoçularımız böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və qadınlardan ibarət millini çalışdıran Rəşad Məmmədovun rəhbərliyi altında çıxış edəcək.
Qadınlar
48 kq.
Leyla Əliyeva
57 kq.
Acelya Toprak
Kişilər
60 kq.
Balabəy Ağayev
Turan Bayramov
66 kq.
Yaşar Nəcəfov
Kamran Süleymanov
73 kq.
Hidayət Heydərov
81 kq.
Zelim Tçkayev
90 kq.
Elcan Hacıyev
Vüqar Talıbov
100 kq.
Zelim Kotsoyev
Qeyd edək ki, dünya çempionatı 19-23 may aralığında gerçəkləşəcək.