“Tottenhem” argentinalısına qiymət qoydu
03.08.2022 - 00:41
“Tottenhem” yarımmüdafiəçisi Covani Lo Selsonu satmağa razı olub.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubu Argentina millisinin üzvünün qiymətini də müəyyənləşdirib.
Londonlular 26 yaşlı orta sahə oyunçusunun satışından 15 milyon avrodan çox gəlir götürməyi planlaşdırır. Bu səbəbdən rəhbərlik “Vilyarreal”ın 15 milyonluq təklifini rədd edib.
Qeyd edək ki, Covani Lo Selso ötən mövsümü icarə əsasında “Vilyarreal”da keçirib, 41 oyunda 2 qol, 3 assistlə yadda qalıb.
0
0