Ronaldo "milyarderlər adası"ndan ev aldı
06.01.2024 - 19:25
Ronaldo "milyarderlər adası"ndan ev aldı

"Əl-Nasr"ın hücumçusu Kriştiano Ronaldo Dubaydakı Jumeirah Bay adasında mülk alıb.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, hələlik malikanənin xüsusiyyətləri və qiyməti məlum deyil.

Bura “Milyarderlər adası” kimi tanınır, çünki orada yalnız zəngin insanlar yaşayır.

Qeyd edək ki, Ronaldo 2022-ci ilin dekabrından “Əl-Nəsr”də çıxış edir. O, Səudiyyə Ərəbistanı klubunda 44 oyun keçirib, 38 qola imza atıb.


 

writer photo
Əlirza Əlirzalı
0