Ronaldo müğənniyə dəbdəbəli hədiyyə etdi
02.01.2024 - 14:23
Ronaldo müğənniyə dəbdəbəli hədiyyə etdi

“Əl-Nasr”ın ulduz hücumçusu Kriştiano Ronaldo braziliyalı müğənni Luan Santanaya bahalı hədiyyə edib.

Apasport.az xəbər verir ki, müğənni Kriştianonun anasının ad günü şərəfinə təşkil olunan məclisdə çıxış edib.

Tədbir zamanı Ronaldo musiqiçiyə 75 min avro dəyərində "Rolex" saatı hədiyyə edib.

Bundan öncə isə portuqaliyalı anasına "Porşe" markalı maşın hədiyyə edib. 
 

writer photo
Əlirza Əlirzalı
0