Ronaldo Səudiyyə Ərəbistanında xoşbəxtdir
10.10.2023 - 14:07
Ronaldo Səudiyyə Ərəbistanında xoşbəxtdir

Kriştiano Ronaldo Səudiyyə Ərəbistanındakı həyatından razıdır.

Apasport.az xəbər verir ki, "Əl-Nəsr"in 38 yaşlı kapitanı komanda ilə müqaviləsini yeniləmək istəyir.

Bu mövsüm 11 matçda 11 qol və 6 assistlə yadda qalan hücumçunun ərəblərlə müqaviləsi 2025-ci ilə kimi nəzərdə tutulub. Portuqaliyalı futbolçu millisinin düşərgəsinə getməzdən öncə klub rəhbərliyi ilə görüşərək istəyi haqda məlumat verib.

Qeyd edək ki, Ronaldo 2027-ci ilə kimi “Əl-Nəsr”in şərəfini qoruyub, sonra karyerasını bitirməyi planlaşdırır.

writer photo
Əlirza Əlirzalı
0