"Çelsi" "Bavariya"nın müdafiəçisi Alfonso Devislə maraqlanır.
Apasport.az xəbər verir ki, bu barədə "Thesecretcout" məlumat yayıb.
Mənbənin sözlərinə görə, London klubu gələn yay kanadalı futbolçunu heyətinə qatmaq niyyətindədir.
Daha əvvəl bildirilirdi ki, “Bavariya” Devislə yeni müqavilə ilə bağlı danışıqlarda çətinlik çəkirdi, çünki futbolçu ildə təxminən 20 milyon avro qazanmaq istəyir.
Devisin Münhen klubu ilə hazırkı müqaviləsi gələn ilin iyun ayının sonuna qədərdir. "Transfermarkt" portalı Kanada millisinin oyunçusunun dəyərini 70 milyon avro olaraq qiymətləndirir. Bu mövsüm 23 yaşlı müdafiəçi "Bavariya"nın heyətində 30 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə verib.