"Yuventus"un 15 xalı geri qaytarıldı - FOTO
20.04.2023 - 21:45
"Yuventus"un 15 xalı geri qaytarıldı - FOTO

İtaliyanın "Yuventus" klubunun silinən 15 xalı geri qaytarılıb.

Apasport.az xəbər verir ki, İtaliya Milli Olimpiya Komitəsinin (CONI) Təminat Şurası Turin klubunun xalların geri götürülməsi qərarından şikayətini təmin edib. Beləliklə, yanvar ayında saxta kapital artımı iddiası əsasında xalları silinən "Yuventus"un 15 xalı bərpa olunub.

Bununla da Turin klubu A Seriyasında 59 xalla 3-cü yerə yüksəlib.

İndi İtaliya Futbol Federasiyasının (FIGC) Federal Apellyasiya Məhkəməsi işə yenidən baxacaq.

writer photo
Əlirza Əlirzalı
0