Ronaldo: "Yeni meydan oxumaq üçün doğru zamandır"
22.11.2022 - 22:26
Ronaldo: "Yeni meydan oxumaq üçün doğru zamandır"

Kriştiano Ronaldo "Mançester Yunayted"dən ayrılmasına münasibət bildirib.

Apasport.az xəbər verir ki, portuqaliyalı superulduz bu klubu və azarkeşlərini sevdiyini vurğulayıb.

Onlara sevgisinin bitməyəcəyini deyən 37 yaşlı hücumçu komandaya müvəffəqiyyətlər diləyib.

Təcrübəli forvard son olaraq bunu deyib: "Yeni meydan oxumaq üçün doğru zamandır".

Qeyd edək ki, Kriştiano Ronaldo "Mançester Yunayted"dəki ikinci dönəmində 54 matça çıxıb və 27 qol sevinci yaşayıb.

 

writer photo
Əlirza Əlirzalı
0