İsnik Alimiyə Premyer Liqadan müştəri – YALNIZ BİZDƏ
15.11.2022 - 11:05
İsnik Alimiyə Premyer Liqadan müştəri – YALNIZ BİZDƏ

“Qəbələ”nin yarımmüdafiəçisi İsnik Alimi komandasını dəyişə bilər.

Apasport.az saytının əldə etdiyi məlumata görə, şimali makedoniyalı futbolçu Premyer Liqada başqa klubun maraq dairəsinə düşüb.

“Qırmızı qaralar”ın Konfrans Liqasına vəsiqə uğrunda mübarizədə əsas rəqiblərindən olan “Zirə” Alimini transfer etmək niyyətindədir. Bakılıların baş məşqçisi Rəşad Sadıqov qış fasiləsində orta sahədəki boşluğu məhz 28 yaşlı futbolçu ilə doldurmaq istəyir. 
Tərəflər maliyyə məsələsində anlaşa bilsələr, Aliminin mövsümün ikinci yarısından “Zirə”nin formasını geyinməsi istisna deyil. Ancaq bunun üçün “Qəbələ”nin razılığını almaq da vacibdir. Çünki oyunçunun bölgə təmsilçisi ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir. Danışıq müsbət yekunlaşmasa, “Zirə” onu azad agent kimi heyətinə qatmaq üçün mövsümün sonunu gözləməli olacaq.

Qeyd edək ki, İsnik Alimi “Qəbələ”yə ötən ilin yayında “Atalanta”dan keçib.

writer photo
Əlirza Əlirzalı
0