Portuqaliyalı ulduz Kriştiano Ronaldo millidə karyerasını davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, bunu 37 yaşlı hücumçunun özü açıqlayıb.
O bildirib ki, AVRO-2024-də oynamaq arzusundadır. Lakin bu istək yığmanın baş məşqçisi Fernando Santuşdan asılı olacaq. Əgər çalışdırıcı postundan ayrılarsa, Ronaldo komandada oynamağa razılıq verəcək.
Forvard dünya çempionatında zəif çıxış etdiyini də etiraf edib. O bildirib ki, son aylarda meydana az çıxması oyununa da təsirsiz ötüşməyib.
Qeyd edək ki, Ronaldo 2003-cü ildən Portuqaliya yığmasının formasını geyinir. Onun komandası dünya çempionatının 1/4 finalında Mərakeşə uduzub.