Feliks “Bavariya”nın təklifini cavablandırdı
22.10.2022 - 13:56
Feliks “Bavariya”nın təklifini cavablandırdı

“Atletiko”nun hücumçusu Joao Feliks “Bavariya”nın təklifini cavablandırıb.

Apasport.az saytının məlumatına görə, Portuqaliya millisinin üzvü Almaniya klubuna keçməyəcək.

Münhen təmsilçisi ulduz futbolçunu qış fasiləsində heyətinə qatmaq üçün danışıq aparıb. Ancaq Feliksin buna cavabı mənfi olub. O, karyerasını Bundesliqada davam etdirməyi düşünmür. Futbolçunun xidmətində həmçinin PSJ, “Real” və “Barselona” da maraqlıdır.

Qeyd edək ki, Joao Feliks bu mövsüm “Atletiko”nun heyətində 12 oyunda 3 məhsuldar ötürmə verib.

writer photo
Əlirza Əlirzalı
0