Kriştiano Ronaldo daha bir otel inşa etdirəcək.
Apasport.az saytı xəbər verir ki, 38 yaşlı superulduz bu dəfə məkan kimi Fransanın paytaxtı Parisi seçib.
O, burada 200 otaqdan ibarət olacaq otel tikəcək. “Pestana CR7” adlanacaq tikilinin ən üst mərtəbəsində Paris mənzərəli bar olacaq.
Karyerasını Səudiyyə Ərəbistanının “Əl-Nəssr” klubunda davam etdirən portuqaliyalı hücumçu yeni otelinin açılışını 2027-ci ildə edəcək. Bu, Ronaldonun ən böyük oteli olacaq.
Qeyd edək ki, futbolçunun Madeyra və Lissabon (Portuqaliya), Nyu-York (ABŞ), Madrid (İspaniya) və Mərakeşin eyni adlı paytaxtında otelləri mövcuddur.