Ronaldonun “Əl-Nəsr”dən imtinasının SƏBƏBİ
13.12.2022 - 17:03
Ronaldonun “Əl-Nəsr”dən imtinasının SƏBƏBİ

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanın “Əl-Nəsr” klubundan imtina etməsinin səbəbi bəlli olub.

Apasport.az saytı xəbər verir ki, “Mançester Yunayted”in sabiq hücumçusu Avropada özünə komanda axtarır. 

Jurnalist Nikola Skiranın sözlərinə görə, forvard Çempionlar Liqasında iştirak edən klublardan gələn təklifləri nəzərdən keçirmək istəyir. Ronaldo transfer olunacağı komandada maliyyəni də ikinci plana atacaq. 

Qeyd edək ki, “Əl-Nəsr” Ronaldoya 2,5 mövsümlük müqavilə üçün ildə 200 milyon avro təklif etmişdi.
 

writer photo
Əlirza Əlirzalı
0