Ronaldonun həmyerlisi “Əl-Nəsr”in hədəfində
11.07.2023 - 13:21
Ronaldonun həmyerlisi “Əl-Nəsr”in hədəfində

Kriştiano Ronaldonun şərəfini qoruduğu “Əl-Nəsr” daha bir portuqaliyalı futbolçunu heyətinə qatmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, Səudiyyə Ərəbistanı təmsilçisi Mariu Ruinin keçidini həll etmək istəyir.

32 yaşlı müdafiəçi “Napoli”nin formasını geyinir. Asiyalılar onun transferi üçün İtaliya klubu ilə danışıqlar aparacaq. Ruinin Neapol təmsilçisi ilə anlaşması 2025-ci ildə başa çatacaq.

Qeyd edək ki, portuqaliyalı müdafiəçi A seriyasının ötən mövsümündə 22 oyun keçirib.

writer photo
Əlirza Əlirzalı
0