Ronaldonun komandasından Maneyə təklif
24.07.2023 - 16:45
Ronaldonun komandasından Maneyə təklif

“Bavariya”nın futbolçusu Sadio Mane Səudiyyə Ərəbistanından təklif alıb.

Apasport.az saytının məlumatına görə, seneqallı hücumçu “Əl-Nəsr”in hədəfindədir.

Asiyalılar forvard üçün “Bavariya”ya 40 milyon avro ödəməyə hazırdır. Sadionun özünə də illik 40 milyon avro vəd olunub.

Qeyd edək ki, Mane ötən ilin yayında “Liverpul”dan “Bavariya”ya keçib.
 

writer photo
Əlirza Əlirzalı
0