Ronaldonun qol həsrəti “7”yə çatdı
05.09.2022 - 13:32
Ronaldonun qol həsrəti “7”yə çatdı

Kriştiano Ronaldonun qol həsrəti davam edir.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı hücumçu “Mançester Yunayted”in heyətində son 7 çempionat matçında qol vurmayıb.

Ötən mövsümün sonlarında başlayan seriya Ronaldonun son 14 ildəki antirekordudur. O, sonuncu dəfə 2008/09 mövsümündə belə uğursuzluq yaşayıb.

Kriştiano 14 il öncə ardıcıl 9 çempionat matçında fərqlənə bilməyib. Hücumçu həmin vaxt da “Mançester Yunayted” forması geyinirdi.

Qeyd edək ki, 37 yaşlı veteran seriya müddətindəki 7 oyunun yalnız ikisində start heyətində yer alıb.
 

writer photo
Əlirza Əlirzalı
0