Ronaldoya görə “Qızıl top”un favoriti
16.10.2022 - 12:23
Ronaldoya görə “Qızıl top”un favoriti

Əfsanəvi braziliyalı futbolçu Ronaldo “Qızıl top” mükafatına namizədini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, “Kruzeyro” (Braziliya) və “Valyadolid”in (İspaniya) sahibinin fikrincə, “Real”ın hücumçusu Kərim Benzema bu titula layiqdir.

Onun fikrincə, fransalı forvard 2021/22 mövsümündəki çıxışı sayəsində “Qızıl top” uğrunda mübarizənin favoritidir: “Məncə, Benzemanın uduzmaq şansı yoxdur. Təsirli göstəriciləri oldu, Çempionlar Liqasında parlaq oyun sərgilədi. Benzema ötən mövsüm digərlərindən böyük fərqlə öndədir”.

Qeyd edək ki, 2022-ci ilin “Qızıl top” mərasimi oktyabrın 17-də baş tutacaq.

writer photo
Əlirza Əlirzalı
0