Ronaldoya növbəti mesaj: “...böyümüşəm” - FOTO
16.01.2023 - 12:55
Ronaldoya növbəti mesaj: “...böyümüşəm” - FOTO

İsveçrə "Qrasshopper"inin futbolçusu Ana Maria Markoviç yenidən diqqət mərkəzinə düşüb. 

Apasport.az saytının məlumatına görə, portuqaliyalı Kriştiano Ronaldonu sevən xorvatiyalı dayanmadan superulduza mesajlar yazmaqda davam edir. 

Dünyanın ən gözəl xanım futbolçuları sırasında yer alan Markoviçin ürək sözləri bu günlərdə mətbuata da sızıb. 

O bildirib ki, ürəyində uşaqlıqda da, bu gün də yalnız Ronaldoya sevgi var: “Kriştiano, sənin qeyri-mümkün olanları etdiyin çılğın matçlara baxaraq böyümüşəm. Sən çox sayda gənc nəslin nümayəndəsini futbol oynamağa həvəsləndirdin. Sayəndə onlar bu gün futbolçudurlar. Kiminsə səndən daha çox kubok qazanması və ya daha yüksək səviyyədə olması mənim sevgimə təsir edə bilməz. Çünki ürəyimdə yalnız biri var. Bir əfsanə kimi həmişə sən olacaqsan. Sənə əbədi minnətdaram. Həmişə 1 nömrəli fanatın...". 

writer photo
Əlirza Əlirzalı
0