Ruben Neveş “Nyukasl”ın hədəfində
14.01.2023 - 16:44
Ruben Neveş “Nyukasl”ın hədəfində

Portuqaliya millisinin futbolçusu Ruben Neveş “Nyukasl”ın maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, “sağsağanlar” “Vulverhempton”da çıxış edən yarımmüdafiəçinin transferində maraqlıdır.

Onun keçidini baş məşqçi Eddi Hau istəyib. Amma “Nyukasl” futbolçu və klubu ilə danışıqlara başlamağa tələsmir. Neveşin müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Portuqaliyalı anlaşmanı uzatmaq niyyətində deyil.

Qeyd edək ki, Neveş “Barselona” və “Arsenal”ın da hədəfindədir.
 

writer photo
Əlirza Əlirzalı
0