Rusiya Ukrayna millisinin sabiq futbolçusunu axtarışa verib
30.08.2024 - 14:54
Rusiya Ukrayna millisinin sabiq futbolçusunu axtarışa verib

Rusiyada “Lokomotiv”in və Ukrayna millisinin sabiq futbolçusu Aleksandr Əliyevə qarşı cinayət işi açılıb.

Apasport.az xəbər xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, Əliyev Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci (terror fəaliyyətinə açıq çağırışlar) maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinir.

Onun axtarışa verildiyi bildirilib.

Aleksandr Əliyev “Instagram” sosial şəbəkəsində Ukrayna Silahlı Qüvvələrini Kursk vilayətində dinc sakinləri öldürməyə çağırdığı video dərc edib.

Qeyd edək ki, Aleksandr Əliyev Rusiyanın Xabarovsk şəhərində doğulub. Onun Rusiya vətəndaşlığı da mövcuddur. Hazırda Rusiyada yaşayan anası Marina Əliyeva Ukrayna müharibəsi başlayandan oğlu ilə əlaqə saxlamadıqlarını deyir.

writer photo
Əlirza Əlirzalı
0