Rusiyalılara qarşı Ukrayna bayrağı rəngli forma və...
16.01.2023 - 10:42
Rusiyalılara qarşı Ukrayna bayrağı rəngli forma və...

Bolqarıstanın “Levski” klubu ölkəsində diqqət mərkəzinə düşüb. 

Apasport.az saytı xəbər verir ki, Dubayda təlim-məşq toplanışında olan Sofiya təmsilçisi Rusiya komandaları ilə sarı və mavi rəngli formada meydana çıxmağı planlaşdırır. 

Bolqarıstanlılar “Krasnodar”, “Spartak” və “Ural”la yoldaşlıq oyunlarında bu addımı atmaq niyyətindədirlər. Ukrayna bayrağının rənglərində olan forma ilə mübarizəyə yerli fanatların narazılığından sonra qərar verilib. 

Lakin bu rusiyalılar tərəfindən müsbət qarşılanmayıb. Artıq bu istəkdən sonra “Krasnodar” yoldaşlıq görüşündən imtina edib. 

writer photo
Əlirza Əlirzalı
0