Modriç: “Real”la müqaviləni hədiyyə kimi istəmirəm”
21.02.2023 - 10:29
Modriç: “Real”la müqaviləni hədiyyə kimi istəmirəm”

“Real”la müqaviləni haqq etmək istəyirəm, onu hədiyyə arzulamıram. Bu mənim həyatımın klubudur”.

Apasport.az saytı xəbər verir ki, bunu xorvatiyalı  
yarımmüdafiəçi Luka Modriç Madrid təmsilçisi ilə müqavilənin uzadılması barədə danışarkən deyib. 

“Kral klubu”nda karyerasını davam etdirmək üçün əlindən gələni edəcəyini deyən 37 yaşlı futbolçu gücünün tükənmədiyini bildirib.

“Real” rəhbərliyi ilə çox yaxşı münasibətindən danışan Modriçin sözlərinə görə, hələ yeni müqaviləni müzakirə etməyiblər: “Həmişə eyni şeyi deyirəm: özümü yaxşı hiss edirəm və burada qalmaq istəyirəm”. 

Qeyd edək ki, 2012-ci ildən “Real”da oynayan Luka Modriç bu mövsüm 31 oyunda 6 qol və 3 assistlə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0