Şahruddin "Beşiktaş"a qarşı matçın oyunçusu seçildi
24.01.2024 - 02:47
Şahruddin "Beşiktaş"a qarşı matçın oyunçusu seçildi

Türkiyə Superliqasında XXII turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, millimizin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor" səfərdə "Beşiktaş"ın qonağı olub.

Matç elə başladığı kimi başa çatıb: 0:0.

Hikmet Karamanın yetirmələri 2-ci hissənin əvvəlində meydanda 10 nəfərlə qalsa da, Şahruddinin 6 seyvi Adana təmsilçisinə 1 xal qazandırıb.

Fernando Santuşun komandası isə ardıcıl 2-ci oyunda da xal itirərək zirvə yarışından xeyli uzaqlaşıb.

Qeyd edək ki, Şahruddin 8.1 xalla matçın ən yaxşısı seçilib. 

writer photo
Əlirza Əlirzalı
0