Şahruddin Türkiyə klubundan ayrıldı
22.06.2024 - 21:09
Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev çıxış etdiyi "Adana Demirspor"dan ayrılıb.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyənin gazetevatan.com saytı məlumat yayıb. 30 yaşlı qolkiperin müqaviləsini birtərəfli qaydada ləğv etdiyi vurğulanıb.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2023-cü ilin sentyabrından Türkiyə Superliqası təmsilçisində oynayırdı. O, klubun heyətində 25 rəsmi matçda meydana çıxıb, 40 qol buraxıb, 5 oyunda qapısını toxunulmaz saxlayıb.
0
0