Emin Mahmudov "Neftçi"dən vaxt istədi - SƏBƏB
10.12.2022 - 12:07
Emin Mahmudov "Neftçi"dən vaxt istədi - SƏBƏB

"Neftçi" rəhbərliyi komandanın kapitanı Emin Mahmudova yeni müqavilə təklif edib.

Apasport.az saytının məlumatına görə, bakılılar 2016-cı ildən Azərbaycan millisinin, 2017-ci ildən isə “ağ-qara” formanı geyinən yarımmüdafiəçi ilə kontraktın müddətini daha 3 il uzatmaq istəyir.

30 yaşlı orta sahə oyunçusu paytaxt təmsilçisinin ən ödənişli simalarından biridir. Onun illik qazancı 250 min dollardan yüksəkdir.

Emin sözləşməni yeniləyərsə, qarşıdakı simalarda bundan da çox pul qazanacaq. Lakin o, hələlik təklifə nə “hə”, nə də “yox” deyib. Mahmudov fikirləşmək üçün rəsmilərdən vaxt alıb (sportinfo.az).

Qeyd edək ki, mövsümün sonunda Mahmudovun müqaviləsi başa çatacaq. 
 

writer photo
Əlirza Əlirzalı
0