Şahruddinin komandası “Qalatasaray”la matça itkilərlə çıxacaq
26.04.2024 - 09:13
Şahruddinin komandası “Qalatasaray”la matça itkilərlə çıxacaq

Super Liqanın 34-cü həftəsində "Adana Dəmirspor" və "Qalatasaray" komandaları üz-üzə gələcək. 

Apasport.az xəbər verir ki, millimizin üzvü Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Dəmirspor" kritik matçda 2 futbolçusundan yararlana bilməyəcək.

"Adana Dəmirspor"un futbolçuları Emre Akbaba və Yusuf Sarı zədəli olduqları üçün "Qalatasaray"la matçda meydana çıxa bilməyəcəklər.

Qeyd edək ki, qarşılaşma bu gün saat 21:00-da baş tutacaq.

writer photo
Əlirza Əlirzalı
0