“Real”ın hədəfindəki hücumçu
21.07.2022 - 16:56
“Real”ın hədəfindəki hücumçu

“Leypsiq”in hücumçusu Kristofer Nkunku “Real”ın transfer hədəfinə düşüb.

Apasport.az saytının məlumatına görə, “kral klubu” 25 yaşlı forvardı bu yay heyətinə qatmaq fikrində deyil.

İspanlar Fransa millisinin üzvünü gələn ilin yanvarında və ya mövsümün sonunda transfer etməyi planlaşdırır. Razılıq əldə olunarsa, madridlilər bu keçidə görə 60 milyon avro xərcə düşəcək. Çünki Nkunkunun “Leypsiq”lə müqaviləsində sərbəst qalma məbləği məhz bu qədər göstərilib.

Qeyd edək ki, Kristofer Nkunkunun “Leypsiq”lə sözləşmə müddəti 2026-cı ilə qədərdir.
 

writer photo
Əlirza Əlirzalı
0