Millimizdən qazanc
17.10.2023 - 18:24
Millimizdən qazanc

Azərbaycan millisinin FİFA reytinqindəki xal hesabı dəyişib.

Apasport.az xəbər verir ki, buna AVRO-2024-ün seçmə mərhələsinin Avstriya ilə matçı səbəb olub.

Bakıdakı qarşılaşmada 0:1 hesabı ilə uduzan yığmamız 4,3 xal itirib. Komandamız bundan əvvəl Estoniyanı 2:0 hesabı ilə yenərək 13,1 xal qazanmışdı.

Oktyabrda keçirilən bu iki oyun millimizin aktivinə 8,8 xal gətirib. Ötən ay açıqlanan son siyahıda 1147,69 xalı olan Canni de Byazinin yetirmələri bu rəqəmi 1156,49-a çatdırıb.

Qeyd edək ki, Azərbaycan yığması son cədvəldə dünyanın 121-ci komandası idi. Komandamızın yeni siyahıdakı mövqeyi 
 

writer photo
Əlirza Əlirzalı
0