Danilo Dias “Qarabağ”ın hegemonluğunun sirrini açıqladı - MÜSAHİBƏ
11.06.2023 - 12:05
Danilo Dias “Qarabağ”ın hegemonluğunun sirrini açıqladı - MÜSAHİBƏ

“Qarabağ”ın sabiq futbolçusu Danilo Diasın apasport.az saytına müsahibəsi

- “Qarabağ” növbəti dəfə Azərbaycan Premyer Liqasının qalibi oldu. Onların uğuru sənin üçün yəqin ki, gözlənilməz deyildi?
- “Qarabağ” Azərbaycanın böyük və əla klubudur. Hər zaman balanslı və düzgün idarəetmə var ki, komandanın uğurdan sonra da uğur qazanmasını təmin edir. Bu, çox önəmli məqamdır. Uğuru  daimi etmək çətindir. “Qarabağ” isə bunu daim bacarır. 

- Azərbaycanda heç bir komanda “Qarabağ”ın hegemonluğuna son qoya bilmir. Səncə bunun sirri nədədir?
- Sirr klub idarəçiliyindədir. Bundan çox şey asılıdır. Klubun ciddiliyi, iddialı transferləri hegemonluğu uzun illər davam etdirir. Çox yaxşı quruluş və iş şəraiti komandanın bu gün klub Avropada ardıcıl 10 ildir ki, qruplara düşməsinə səbəbdir. Bu, elə-belə işlər deyil.

- “Qarabağ” ötən mövsüm avrokuboklarda yaxşı mübarizə apardı. Səncə, 2023/2024 mövsümündə də bunun ardını gətirib Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilərlər?
- Hər il “Qarabağ” Avropada adını artırmağı bacarır. Buna sübut avrokuboklarda yaxşı çıxış etmək, özündən daha çox sərmayələri olan digər ölkələrin komandalarına qarşı yaxşı oynamasıdır. Bu gün komandanın qrup birincisi olmaq, Çempionlar Liqasının qrup mərhələsinə çıxmaq kimi Avropa yarışlarında sıçrayış etməyə hazırlaşdığını və “Qarabağ”ın buna hazır olduğunu görürəm. Məncə, komanda yenidən Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilər.

- “Qarabağ”ın hazırkı oyunçularından kimi bəyənirsən?
- Hər il komanda inkişaf edir və yaxşı iş göstərir. Komanda və futbolçular arasında mövcud olan harmoniyanı bəyənirəm. “Qarabağ”da hər zaman yaxşı futbolçular çıxış edib.

- Hazırda "Qarabağ"da iki braziliyalı var - Julio Romao və Riçard Almeyda. Romao hazırda komandanın əsas oyunçusudur. Onun haqqında nə düşünürsən?
- Romao və Riçard əla oyunçulardır. Riçard kapitandır və ölkə daxilində referentdir, ölkəni və klubu çox yaxşı tanıyan oyunçudur. Mən onu klub daxilindəki əsas əcnəbi oyunçu kimi görürəm. O, adını bu komandanın tarixinə yazdırıb.

writer photo
Əlirza Əlirzalı
0