Şahruddinin komandasında yeni baş məşqçi
18.01.2024 - 13:41
Şahruddinin komandasında yeni baş məşqçi

Türkiyədə bir çox komandaları çalışdıran və son iş yeri “Kayserispor” olan Hikmət Karaman Super Liqaya qayıdır.

Apasport.az "ajansspor"a istinadla xəbər verir ki, 63 yaşlı mütəxəssisin adı "Adana Demirspor"la hallanır.

Mənbənin məlumatına görə, təcrübəli çalışdırıcı "mavi-göylərlə" görüşmək üçün Adanaya gəlib.

Hikmət Karaman karyerasında “Kocaelispor”, “Zeytinburnuspor”, “Ərzurumspor”, “Adanaspor”, “Rizəspor”, “Ankaragücü”, “Malatyaspor”, “Ankaraspor”, “Antalyaspor”, “Manisaspor”, “Qaziantepspor”, “Bursaspor”, “Kayseri Erciyesspor”, “Alanyaspor”, “Yeni Malatyaspor” və nəhayət, “Kayserispor”u çalışdırıb.

Qeyd edək ki, təcrübəli çalışdırıcı 2001-02 mövsümündə “Kocelispor”un başında Türkiyə kubokunun qalibi olub.

writer photo
Əlirza Əlirzalı
0