Şakira Pikeyə mahnı oxudu: “Sənin kimi oğlanlar üçün deyiləm”
12.01.2023 - 17:53
Şakira Pikeyə mahnı oxudu: “Sənin kimi oğlanlar üçün deyiləm”

Kolumbiyalı müğənni Şakiranın yeni mahnısı yayılıb.

Apasport.az saytının məlumatına görə, cənubi amerikalı ulduzun Argentinadan olan dicey Bizarrap ilə birgə treki iddialara yol açıb.

Bu mahnıda İspaniya millisinin və “Barselona”nın sabiq futbolçusu Jerar Pikedən bəhs olunduğu ehtimal edilir. Şakira yeni trekindəki ifadələrlə keçmiş sevgilisinə söz atır: “Mən sənin kimi oğlanlar üçün deyiləm. Sənin üçün həddən artıq yüksəkdəyəm. Ona görə də sən öz tayının yanındasan”.

Ötən ilin yayında Pikenin xəyanəti üzündən ondan ayrılan Şakira buna da mahnıda yer verib: “Ferrari”ni “Twingo”ya dəyişdin”.

Şakira Pikenin yeni sevgilisini “Reno”nun “Twingo” modelinə bənzədib. 10 saat ərzində bu mahnı yutubda 24 milyon dəfədən çox dinlənilib.

Qeyd edək ki, Şakira və Pike 2010-cu ildə “Waka Waka” mahnısına klip çəkilişində tanış olub. Rəsmi evli olmayan cütlüyün iki uşağı var.

writer photo
Əlirza Əlirzalı
0