Şakiranın qardaşı Pikeni döydü
04.05.2023 - 15:25
Şakiranın qardaşı Pikeni döydü

İspaniyalı futbolçu Jerar Pikenin başına iş gəlib.

Apasport.az saytı xəbər verir ki, “Barselona”nın veteran müdafiəçisi keçmiş sevgilisinin qardaşı tərəfindən döyülüb.

Hadisə kolumbiyalı müğənni Şakiranın evinin qarşısında baş verib. Keçmiş sevgilisinin yaşadığı ABŞ-nın Mayami şəhərinə oğlanları Milan və Saşanı görmək üçün gedən Pike öncə Şakira ilə mübahisə edib. Bu zaman söhbətə qarışan məşhur müğənninin qardaşı Tonino Meberak 37 yaşlı futbolçunu yumruqlamağa başlayıb. Hadisə yerinə gələn polis əməkdaşları Pikeni çətinliklə də olsa onun əlindən alıblar. 

Qeyd edək ki, 12 il davam edən Pike və Şakira cütlüyü futbolçunun xəyanəti üzündən başa çatıb. Məhz bu qalmaqaldan sonra xanım müğənni oğlanları ilə birlikdə ABŞ-na köçüb.

writer photo
Əlirza Əlirzalı
0