Salah Səudiyyə Ərəbistanına “hə” dedi
15.08.2023 - 12:06
Salah Səudiyyə Ərəbistanına “hə” dedi

Məhəmməd Salah Səudiyyə Ərəbistanında oynamağa razılıq verib.

Apasport.az saytının məlumatına görə, Misir millisinin və “Liverpul”un hücumçusu transfer pəncərəsinin sonuna qədər Asiya ölkəsinə yollana bilər.

O, adı açıqlanmaya kluba “Liverpul”la danışıqlara başlamaq üçün razılıq verib. O, sabiq komanda yoldaşları Sadio Mane və Roberto Firmino kimi Səudiyyə Ərəbistanı çempionatında oynamaqda maraqlıdır. Seneqallı “Əl-Nəsr”, braziliyalı isə “Əl-Əhli” ilə müqavilə imzalayıb.

Qeyd edək ki, misirli forvardın “Liverpul”la müqaviləsi 2025-ci ilin yayında başa çatacaq. 
 

writer photo
Əlirza Əlirzalı
0