Salah tarix yazdı
18.03.2024 - 11:55
Salah tarix yazdı

Məhəmməd Salah tarixə düşüb.

Apasport.az xəbər verir ki, ötən gün İngiltərə Kubokunun 1/4 finalında "Mançester Yunayted"lə "Liverpul"  qarşılaşıb.

"Old Trafford" stadionunda baş tutan görüş "qırmızı şeytanlar"ın 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Bu görüşdə “Liverpul”un hücumçusu Məhəmməd Salah da fərqlənib.

Misirli futbolçu "qırmızı şeytanlar"a ardıcıl 5  matçda qol vuran ilk futbolçu olub. 

Qeyd edək ki, bu mövsüm Məhəmməd 22 matçda 15 qol vurub, 9 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0