"Liverpul" komandanın ən yaxşı futbolçularından biri ilə yollarını ayırmağa hazırlaşır.
Apasport.az “The Sun”a istinadla xəbər verir ki, misirli hücumçu Məhəmməd Salah Yurgen Kloppun gedişindən sonra mersisaydlıları tərk etmək niyyətindədir. Məhəmmədə əsas namizəd Səudiyyə Ərəbistanının “Əl-İttihad”ıdır. Klub rəhbərliyi forvard üçün 200 milyon funt-sterlinq (233 milyon avro) ödəməyə hazırdır.
Xatırladaq ki, Salah 2017-ci ilin yayından “Liverpul”da çıxış edir. 31 yaşlı forvardın müqaviləsi gələn mövsümün sonunda başa çatacaq. "Transfermarkt" misirlinin dəyərini 65 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, "Liverpul"un keçmiş futbolçusu Xose Enrike "qırmızılar"ın ulduzu Məhəmməd Salahın yeni mövsümdə Səudiyyə Ərəbistanı komandalarından birinə keçəcəyini iddia edib.