Sançes Braziliya klubuna keçir
11.07.2022 - 16:56
Sançes Braziliya klubuna keçir

“İnter”in hücumçusu Aleksis Sançes “Flamenqo” ilə danışıqlar aparır.

Apasport.az saytının məlumatına görə, Çili millisinin üzvü Braziliya klubuna keçmək barədə ciddi düşünür.

33 yaşlı forvardın “neradzurra” ilə müqaviləsinin sonuna bir il qalıb. Ancaq baş məşqçi Simone İnzaqi qarşıdakı mövsümdə Sançesi əsas oyunçular arasında görmür. Ona görə də ulduz futbolçu agentə müqavilənin vaxtından əvvəl ləğvi imkanını nəzərdən keçirməyi tapşırıb.

Qeyd edək ki, Aleksis Sançes 2019-cu ildən formasını geyindiyi “İnter”in heyətində 109 oyunda 20 qol vurub, 23 məhsuldar ötürmə verib.

writer photo
Əlirza Əlirzalı
0