Sarri "Latsio"da xoşbəxt deyil
04.02.2024 - 10:09
Sarri "Latsio"da xoşbəxt deyil

Mauritsio Sarri yayda "Latsio"nun baş məşqçi postunu tərk edə bilər.

Apasport.az xəbər verir ki, 65 yaşlı mütəxəssis klubun transfer siyasətindən razı deyil. 

Sarri cari mövsümün sonunda klub prezidenti Klaudio Lotito ilə gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək istəyir. 
İtaliya mətbuatında yer alan iddialara görə, məşqçi Roma klubundan ayrılmağı planlaşdırır. Onun “Milan” və “Fiorentina”nın sükanı arxasına keçmək şansı var.

Qeyd edək ki, cari çempionatda 21 matçda 34 xal toplayan “Latsio”, turnir cədvəlinin 7-ci pilləsində yer alır.

writer photo
Əlirza Əlirzalı
0