"Latsio"nun baş məşqçisi Mauritsio Sarri “Çelsi”dən "Yuventus"a keçdiyi üçün peşmandır.
Apasport.az xəbər verir ki, “La Repubblica”ya danışan təcrübəli mütəxəssis bu addımının səhv olduğunu etiraf edib:
"Yuventus"da məndən Çempionlar Liqasını qazanmağımı istəyirdilər. Mesaj aydın idi. Orada İtaliya A seriyasını qazanmağı bacardım. Rəhbərlik oyun tərzini dəyişmək istədi, lakin onların qətiyyəti yox idi. “Çelsi”ni tərk etməklə səhvə yol verdim. İtaliyaya dönmək doğru qərar deyildi”.
Qeyd edək ki, Sarri "qoca sinyora"nın məşqçi postunda çıxdığı 52 matçda 2.12 xal ortalaması ilə yadda qalıb.