Bundesliqa klubundan 25 milyonluq transfer
28.12.2023 - 11:27
"Leypsiq" yarımmüdafiə xəttini gücləndirir.
Apasport.az xəbər verir ki, "Napoli"nin makedoniyalı futbolçusu Elif Elmasın uğurlu çıxışı "öküzlər"in baş məşqçisi Marko Rozenin diqqətini cəlb edib.
Yarımmüdafiəçinin sözləşməsi 2028-ə qədərdir. 47 yaşlı alman mütəxəssis oyunçunun transferini yanvarda bitirmək niyyətindədir. Bunun üçün Bundesliqa klubu "Napoli"yə 25 milyon avro ödəyəcək.
Qeyd edək ki, Elmas "mavi-ağlar"a Türkiyənin "Fənərbaxça" klubundan keçib. Sözləşməyə görə futbolçunun transferindən "sarı-lacivərtlilər" 1 milyon 500 min avro pay alacaq.
0
0