Çempionlar Liqasının finalında oynanılacaq TOP
06.01.2023 - 17:53
Çempionlar Liqasının finalında oynanılacaq TOP

Çempionlar Liqasının Türkiyənin İstanbul şəhərində keçiriləcək final qarşılaşmasının topu mətbuata sızdırılıb.

Apasport.az saytı xəbər verir ki, topun üzərindəki dizaynda ulduzlar arasındakı boşluqlar çini naxışlar və türk motivləri ilə doldurulub.

İyunun 10-da oynanılacaq final oyunun topu üzərində həmçinin İstanbulun zəngin tarixi ilə yanaşı, Avropa ilə Asiyanı bir-birinə bağlayan üç körpü də yer alıb. 

Qeyd edək ki, Atatürk Olimpiya Stadionunda oynanılacaq Çempionlar Liqasının final oyunu 2020-ci ildə keçirilməli idi. Lakin pandemiya səbəbindən həmin il həlledici matç İstanbuldan alınaraq Portuqaliyanın paytaxtı Lissabona verilmişdi.
 

writer photo
Əlirza Əlirzalı
0